Rüstəm Orucov medalsız qaldı
- 17 Fev 2023 18:44
- 464
Azərbaycan cüdoçuları İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində ikinci günü medalsız başa vurublar.
Rekord.az xəbər verir ki, Nurlan Osmanov (73 kq) 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşviliyə uduzub.
81 kq-dakı Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyaya məğlub olub. Eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqan və israilli İftaç Badaşa qalib gəlsə də, 1/4 finalda italiyalı Antonio Espositoya, təsəlliverici görüşdə isə portuqaliyalı Joau Fernanduya uduzub.
Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxmışdı. “Böyük Dəbilqə” fevralın 18-də başa çatacaq.