Rüstəm Orucovdan bürünc medal
- 06 Mar 2021 19:40
- 1038
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikincu yarış günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Rekord.az xəbər verir ki, bu dəfə millimizin 3 üzvü tatami üzərinə çıxıb.
73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov nüfuzlu yarışın bürünc medalını qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Obidxon Nomonova qalib gəlib.
Digər 2 təmsiçimiz - Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) turniri medalsız başa vurub.
Qeyd edək ki, cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.