Rüstəm Orucovdan bürünc medal
- 2019-12-13 17:42
- 1288
Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Tsindao şəhərində keçirilən “Masters” turnirində bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Cakova ilə qarşılaşıb. Rəqibini məğlub edən Orucov bürünc medal qazanıb.
Bu çəkidəki digər cüdoçu Hidayət Heydərov isə mübarizəni erkən dayandırıb. O, ilk görüşündə Daqa Qinqi (Çin) məğlub etsə də, 1/8 finalda yaponiyalı Masaşi Ebinumaya məğlub olub.
İlk yarış günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.