Rüstəmovdan İtaliyada ikinci qələbə
- 08 Mar 2024 22:53
- 269
Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən 1-ci Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.
Bu gün daha 1 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador) döyüşəcək.