Türkiyə Superliqasında çıxış edən “Sivasspor” baş məşqçisi Rza Çalımbayla yeni müqavilə üçün razılığa gəlib.

Rekord.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, sabah “Yeni 4 eylül” stadionunda təşkil olunacaq tədbirdə 57 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, R.Çalımbay 2010-2011, 2011-2012 və 2019-2020 mövsümündə “Sivasspor”u çalışdırıb. Komanda son mövsüm onun baş məşqçiliyi altında çempionatı 60 xalla 4-cü pillədə tamamlayıb.