Yeni mövsümdən I Divizionda mübarizə aparacaq Saatlının "Araz" komandası infrastrukturla bağlı işlər görməyə başlayıb.

Rekord.az-a daxil olan məlumata görə, hazırda Saatlı Olimpiya İdman Kompleksində yenidənqurma işlərinə start verilib.

Tribunalar, soyunub-geyinmə və digər otaqlar yenilənir, meydançanın ətrafına hasar çəkilir. VİP loja da yenilənir. Bütün işlərin yeni mövsümün startına kimi yekunlaşacağı nəzərdə tutulub.