Saatlıda "İdman hamı üçün" layihəsi
- 14 Okt 2023 15:21
- 393
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə Gənclər və İdman sektorunun və Saatlı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin təşkilində məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.