“Sabah” 2 futbolçusunu Zaqrebə yolladı
- 08 Avq 2021 11:00
- 595
“Sabah” klubu ilə Xorvatiyanın “Dinamo” Futbol Akademiyası arasında əməkdaşlıq davam edir.
Rekord.az xəbər verir ki, tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində U-17 və U-19 komandalarının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo” Futbol Akademiyasında təcrübə keçmək üçün Xorvatiyanın paytaxtı Zaqrebə yola düşüblər.
Azərbaycan millisinin də üzvü olan hər 2 futbolçu təcrübə proqramı əsasında Zaqreb təmsilçisinin müvafiq komandalarının heyətində məşqlərdə iştirak edəcək və oyunlara çıxacaqlar.
AFFA-nın dəstəyilə həyata keçirilən təcrübə proqramı avqustun 23-nə kimi davam edəcək. “Sabah” və “Dinamo” arasında əməkdaşlıq müqaviləsinə əsasən, gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulub.
Tərəflər arasında əməkdaşlıq haqqında müqavilə 2019-cu ilin yayında bağlanıb və iki klubun futbol akademiyalarının təcrübə mübadiləsini nəzərdə tutur. Lakin bir müddətdi COVİD-19 pandemiyası ilə bağlı bu əməkdaşlığın həyata keçirilməsi istiqamətində müəyyən durğunluq yaranmışdı.