![photo](https://www.rekord.az/storage/uploads/5/premyer-liqa.png)
“Sabah” 8400, “Neftçi” 4800 manat cərimələndi!
- 27 Apr 2021 15:20
- 620
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçıyla bağlı (2:2) aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunur.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 nömrəli futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 13 nömrəli futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 19 nömrəli futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır klub 3200 manat cərimələnir.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanır klub 4000 manat cərimə olunur.