
“Sabah” “Abşeron”a qalib gəldi
- 18:30
- 48
Azərbaycan Basketbol Liqasında 18-ci turun daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, A qrupunda "Sabah" "Abşeron" kollektivinə 99:64 hesabı ilə qalib gəlib.
Görüş "Sərhədçi" İdman Mərkəzində reallaşıb.
Turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" isə "Ordu"nu 95:84 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.