![photo](https://www.rekord.az/storage/uploads/5/a-105.jpg)
"Sabah" Almaniya klubu ilə üz-üzə gələcək
- 12 İyl 2023 18:16
- 274
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubunun qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.
Rekord.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli”ylə üz-üzə gələcək.
İyulun 15-də İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib.