![photo](https://www.rekord.az/storage/uploads/5/2-186.jpg)
“Sabah” Almaniya klubuna qarşı
- 15 İyl 2023 11:15
- 363
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti sınağına çıxacaq.
Rekord.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı komanda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli”ylə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutacaq.
Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Əl-Sədd” komandasına qarşı keçirib və 3:1 hesabıyla qalib gəlib.