"Sabah"ın futbolçusu Amin Seydiyev son turlarda kobud oyunu ilə diqqət çəkir.

Rekord.az xəbər verir ki, "Neftçi" ilə oyunda rəqibini ehtiyac olmadan obud şəkildə itələyərək sarı vərəqə alan (bəziləri bunu qırmızı vərəqə kimi də qiymətləndirdi) müdafiəçi "Zirə" ilə oyunda daha aqressiv oyuna üstünlük verməsi səbəbindən meydançadan qovuldu.

Görəsən ard-arda kobudluqlar edən, vərəqələr alan milli üzvünə bununla bağlı klubdan hansısa xəbərdarlıq, cəza nəzərdə tutulubmu? Məsələyə klubdan rəsmi mövqe öyrəndik və cavab qısa oldu: "Məşqçilər heyəti futbolçularla mütəmadi olaraq, söhbətlər aparır. Amma bu, klubun daxili işi olduğuna görə hər hansı açıqlama verə bilmərik".