"Sabah”ın "Qəbələ”nin futbolçusu Amin Seydiyevin transferi üçün qarşı tərəfə ödədiyi məbləğ məlum olub.

 

Rekord.az xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı müdafiəçi Masazır klubuna 100 min manata başa gəlib.

 

"Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Seydiyev əsas komandada 2017/18 mövsümündə debüt edib. O, "qırmızı-qaralar”ın formasıyla 39 oyun keçirib, 1 qol vurub. Arxa xətt oyunçusu 2019/20 mövsümü yekunlaşandan sonra yeni komandasına qoşulacaq.