“Sabah” “Audi Cup”da çıxışını başa vurdu
- 16 Dek 2019 11:42
- 842
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnirdəki çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, sözügedən kollektiv turnir çərçivəsində keçirdiyi son oyunda - 3-cü yer uğrunda matçda yerli “Saburtalo”yla qarşılaşıb. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsilə başa çatıb. “Sabah”ın yeganə qoluna Niyazi Osmanov imza atıb.
“Audi Cup”ın qalibi İspaniyanın “Levante” klubunu oyunsonrası penaltilər seriyasında məğlub edən İtaliya “Verona”sı olub (1:1, penaltilərlə 4:2).