“Sabah”ın baş məşqçi məsələsi hələ ki, açıq qalıb.

Rekord.az xəbər verir ki, mövsümün sonuna kimi komandanı Ramin Quliyev çalışdıracaq.

Yalnız mövsümün sonunda yeni baş məşqçi məsələsinə aydınlıq gələcək. Quliyevin postunda qalması da mümkündür. Lakin bunun baş verməsi üçün möcüzə olmalı və “Sabah” avrokuboklara vəsiqə qazanmalıdır.