“Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti yarımfinal oyunu baş tutub.

Rekord.az xəbər verir ki, "Xırdalan" və "Sabah" komandaları bu gün seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvəlindən bərabər şəkildə davam edən mübarizə, yekunda "Sabah"ın 81:62 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə "Sabah" seriyada 2:0 hesablı qalibiyyət əldə edib və ilk finalçı olub.

Ən məhsuldar basketbolçular "Xırdalan"da Cessi Qi (15 xal, 5 ribaund), "Sabah"da isə Maykl Holton (22 xal, 4 ribaund) olublar.