Fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçiriləcək.

Rekord.az xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız qitə birinciliyinə Bakıda, qadınlardan ibarət millimiz isə Türkiyənin Ədirnə şəhərində hazırlaşır.

Sabah Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən komandalarımızın hazırlıq prosesi mətbuat üçün açıq olacaq. Açıq məşq saat 10:00-12:00 aralığında baş tutacaq. Hazırlıq prosesi başa çatdıqdan sonra Avropa çempionatında ölkəmizi təmsil edəcək güləşçilərimizin adları açıqlanacaq.