Sabah Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatına start veriləcək.

Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışın açılış mərasimi saat 17:15-də olacaq.

Ardınca milli komandamız Gürcüstan seçməsi ilə oyuna çıxacaq. Görüşün start fiti saat 18:30-da səslənəcək. Bu oyundan əvvəl isə daha 3 qarşılaşma olacaq. Saat 11:15-də Farer adaları Yunanıstanla, 13:30-da Lüksemburq İsraillə, 15:45-də Sloveniya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Qeyd edək ki, avqustun 13-dək davam edəcək qitə çempionatında Azərbaycan, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri “A” qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları isə “B” qrupunda mübarizə aparacaq.