“Sabah” Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını yekunlaşdırıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi bu gecə Bakıya qayıdıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, "Sabah" Avstriya toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirib. Komanda ilk oyunda Qətər “Əl-Sədd”i (3:1), ikinci matçda Almaniya “Sankt-Pauli”si (1:4), 3-cü görüşdə isə Yunanıstan "Olimpiakos"u (1:1) ilə qarşılaşıb.

"Sabah" bu mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. Turnirə 2-ci təsnifat mərhələsindən qatılacaq komandanın ilk rəqibi Latviya RFS-i olacaq.