Qomesi istefaya göndərən “Sabah” baş məşqçi postunu müvəqqəti olaraq Ramin Quliyevə tapşırıb.

Rekord.az xəbər verir ki, sözügedən postla bağlı məsələyə tam olaraq növbəti turdan sonra, çempionatda yaranacaq fasilə müddətində aydınlıq gələcək.

Məhz həmin ərəfədə rəhbərlik mövsümü Quliyevlə başa vurmaq və ya yeni baş məşqçi dəvət etməklə bağlı qəti qərar verəcək.