"Sabah" klubu akademiyasının bie qismini "Bank Respublika Arena"dan köçürməyə qərar verib.

Rekord.az xəbər verir ki, klubun U-15 komandasına qədər olan bütün komandaları BOS-a köçüb.

Yəni bundan sonra sözügedən arenanın ehtiyat meydançasında məşq edib, oyunlarını keçirəcəklər. Buna səbəb  "Bank Respublika Arena"nın ehtiyat meydançalarını əlavə yüklənmədən və yararsız hala düşməkdən qorumaqdır. Belə ki, havaların soyuması və yağıntııarın artması səbəbindən iki ehtiyat meydançaya xüsusi qulluq lazım gəlir. Əsas və əvəzedici komanda ilə bərabər, bütün akademiyasının da burada məşqçi meydançaların korlanmasına gətirib çıxarda bilər. Buna görə də rəhbərlik akademiyanın bir hissəsinin BOS-a köçməsinə qərar verib.