"Sabah" yeni mövsümə hazırlıqları Gürcüstanda davam etdirir.

Təmsilçimiz qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü yerli "Şukura" komandasına qarşı keçirib.

Oyun "Sabah"ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Adətən yoldaşlıq görüşlərini yutub kanalı vasitəsilə canlı yayımlayan Masazır təmsilçisindən bu dəfə eyni şeyi görmədik.

Rekord.az xəbər verir ki, məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri sportinfo.az-a bunları dedi:" İlk oyun canlı yayımlanmadı. Təəssüf ki, yayım üçün lazımi şərait yoxdur. Qarşıdakı oyunları canlı yayımlamağa çalışacağıq".

"Sabah" təlim-məşq toplanışı çərçivəsində növbəti oyunlarını 23 iyul "Samqurali", 28 iyul isə "Saburtalo" komandalarına qarşı keçirəcək.