Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 17-ci turunun üçüncü oyunu baş tutub.

Rekord.az xəbər verir ki, pley-off uğrunda mübarizə aparan "Sumqayıt" çempionatın liderlərindən sayılan "Sabah"la qarşılaşıb. 

Oyun "Sabah"ın 93:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra "Sabah" turnir cədvəlində vahid lider olub. Məğlub olmuş "Sumqayıt" pley-off şanslarını itirib və "Sərhədçi"nin pley-offa vəsiqə qazanması rəsmiləşib.

Ən məhsuldar basketbolçular "Sumqayıt"da Lenard Dikson (28 xal, 7 ribaund), "Sabah"da Dezmond Kembric (23 xal, 8 ribaund) olub.