FIBA Avropa Kubokunda bu gün müntəzəm mövsümə yekun vurulacaq.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da son oyununa çıxacaq.

D qrupunda yer alan ölkə çempionu Çexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq VI turun matçı saat 19:00-da başlayacaq.

Hazırda hesabında 6 xal olan “Sabah”ın 2-ci mərhələyə vəsiqə qazanmaq şansı qalmayıb. “Nimburk” isə Türkiyənin “Baxçaşəhər” komandası ilə eyni - 9 xala malikdir.