“Sabah” da məşqlərə başladı
- 01 İyn 2020 23:16
- 788
Bu gün “Sabah” futbol klubunun əsas komandası COVİD-19 pandemiyası ilə bağlı yaranmış uzunmüddətli fasilədən sonra ilk məşqinə çıxıb.
Rekord.az xəbər verir ki, komandanın bütün üzvləri hazırlıqda iştirak edib.
Xatırladaq ki, iyunun 21-də Azərbaycan Premyer Liqasında fasilə başa çatacaq. "Sabah" fasilədən sonrakı ilk turda evdə “Keşlə” ilə qarşılaşacaq.