Növbəti mövsüm üçün medallar uğurunda mübarizə aparacaq “Sabah” heyətini gücləndirmək üçün bir sıra futbolçularla danışıqlar aparır.

Rekord.az-a daxil olan məlumata görə, Masazır təmsilçisi minimum iki yeni legioner transfer edəcək.

Hazırda təxminən 6-7 legionerin CV-i üzərində seçimlər aparılır. Ən yaxşı hesab edilən iki nəfərlə danışıqlara start veriləcək. Keçən ilki Roxas nümunəsindən sonra klub rəhbərliyi legioner məsələsinə daha həssas yanaşmağa qərar verib.

Bildiyiniz kimi, “Sabah” ötən mövsüm çempionatın startına 1 gün qalmış Roxası transfer etmiş, lakin futbollçu ümidləri doğurultmayaraq sonradan komandadan ayırılmışdı.