![photo](https://www.rekord.az/storage/uploads/5/s-233.jpg)
“Sabah” “Əl-Sədd”lə qarşılaşacaq
- 07 İyl 2023 20:20
- 339
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.
Rekord.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı komanda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşacaq.
Görüş iyulun 9-u yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) Kematen stadionunda baş tutacaq.