U-15 Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, “Sabah” bu mərhələnin cavab oyununda səfərdə “Sumqayıt”la qarşılaşıb.

Matç “Sabah”ın minimal hesablı qələbəsi ilə nəticələnib. Qarşılaşmada qola Samir Şərifov imza atıb.

İlk oyunda da qalib gələn (3:0) Elvin Həsənovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb. “Sabah” həlledici matçda “Qarabağ”la qarşılaşacaq.