“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb.

Rekord.az xəbər verir ki, Bakı klubu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-i səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,000-a çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.

Reytinq cədvəlinə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.