İyulda “Sabah”la müqavilə bağlayan Emmanuel Apeh “Neftçi“nin təklifini geri çevirib.

Rekord. az xəbər verir ki, “ağ-qaralar“daha sərfəli şərtlər irəli sürsə də, nigeriyalı hücumçu Masazır təmsilçisi ilə 2 illik kontrakta qol çəkib.

Afrikalı legionerin “Neftçi“nin dəvətini qəbul etməməsinin səbəbi maraqlıdır - paytaxt komandası onunla danışıqları uzadıb, daha sonra yalnız birillik anlaşmaya imza atmasını istəyib.

25 yaşlı forvard isə onun transferinə israr edən Murad Musayevə görə “Sabah“ın yolunu tutub.

Nigeriyalı karyerası ərzində yalnız İspaniya klubları rının formasını geyinib. “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon”da (2021/22) oynayıb. (sportinfo.az)