“Sabah” bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçına çıxıb.

Sports.az xəbər verir ki, Masazır təmsilçisi İrlandiyanın “Sent-Patriks Atletik” komandasını qəbul edib.

“Sabah” səfərdəki matçda rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu. Doğma meydanda da eyni hesabla uduzan "bayquşlar" mübarizəni dayandırıblar.

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu

15 avqust

Sabah – Sent-Patriks Atletik 0:1
Qol: Zaxari Elbuzedi, 48.
Qırmızı vərəqə: Sofian Çakla, 27.
Baş hakim: Marsel Birsan (Rumıniya).
Masazır, “Bank Respublika Arena”.

Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 6. Abdullah Xaybullayev, 4. Elvin Camalov (k), 70. Jesse Sekidika, 11. Kahim Parris, 20. Coy Lens-Mikels, 18. Pavol Şafranko.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 9. Anatoli Nuriyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Nyeqos Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.
Sent Patriks: 94. Jozef Ananq, 3. Antoni Breslin, 5. Tom Qrivosti, 4. Jozef Redmond (k), 21. Aksel Syöberq, 6. Ceymi Lennon, 17. Romal Palmer, 8. Kris Forrester, 20. Cek Mölreni, 26. Zaxari Elbuzedi, 9. Meyson Melia.
Ehtiyat oyunçular: 1. Daniel Rocers, 9. Meyson Melia, 10. Kian Levi, 11. Ceyson Makklilland, 14. Brendon Keyvinic, 16. Aaron Bolcer, 19. Aleks Nolan, 22. Konor Kili, 23. Rayan Maklauclin, 24. Luk Törner, 30. Al-Amin Kazeem, 31. Maykl Nunan.
Baş məşqçi: Stefen Kenni.