“Sabah” klubla müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə sözügedən komandada 42 oyun keçirib, 1 qol vurub.