“Sabah”ın U-10 komandası İspaniyanın paytaxtı Madriddə baş tutacaq “MadCup” beynəlxalq turnirində iştirak edəcək.

Rekord.az xəbər verir ki, Madridin “Atletiko” və “Real” klublarının təşkilatçılığı ilə keçiriləcək turnirdə 5 qitədən, müxtəlif ölkələri təmsil edən komandalar yarışacaq.

“Sabah”ın mübarizə aparacağı 10 yaşadək futbolçuların turnirində 90 komanda iştirak edəcək. Savalan Əlizadənin baş məşqçisi olduğu komandamız turnirdə İspaniyanın “Atletiko” (Madrid), “Pozuelo De Alarcon”, “CDE DR Academy Sport”, həmçinin ABŞ-nin “Doral” komandaları ilə birlikdə B qrupunda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar qızıl medallar uğrunda mübarizəni davam etdirəcək.

Turnirin açılışı iyunun 24-də, Madridin “Metropolitano” stadionunda olacaq. Açılış mərasiminda David Vilya, Fernando Torres kimi futbol ulduzlarının iştirak etməsi nəzərdə tutulub.