"Sabah" karantindən necə istifadə edir?
- 23 Apr 2020 13:00
- 1073
Hazırda davam edən karantin dövrü komandaları aktiv məşqdən kənar qoyub. Bütün futbolçular evə buraxılıb və yalnız online məşqlə kifayətlənirlər. Belə komandalardan biri də “Sabah”dı. Əsas komanda haqda mütəmaddi məlumatları diqqətinizə çatdırırıq. İndi isə “Sabah”ın əvəzedici komandasının karantinli günlərinə nəzər salacağıq.
Məsələ ilə bağlı komandanın baş məşqçisi Rövşən Babayevə müraciət etdik. Rekord.az-a açıqlamasında Babayev bunları dedi: “Əslində biz məşqlərimizi dayandırmamışıq. Sadəcə, karantin dövrü başlayandan online məşqlərə keçmişik. Bütün futbolçulara xüsusi proqramlar verilib ki, formada qalmaq üçün həmin proqramlardan istifadə etsinlər. Çünki anidən məşqlrin bərpası ilə bağlı qərar verilsə, hansısa faiz etibarı ilə hazır olmalıdırlar. Dünəndən etibarən də klub tərəfindən video paylaşımlar olunmağa başlayıb ki, bu da futbolçuların formada qalmasına hesablanıb”.