“Sabah” legioneri ilə vidalaşdı
- 30 Yan 2021 18:30
- 720
“Sabah” Nikola Vuyadinoviç ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Serbiyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Nikola 2020-ci ilin yayından bu komandada çıxış edirdi. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.