“Sabah” liderliyini qorudu
- 14 Yan 2024 22:00
- 248
Azərbaycan Basketbol Liqasının 10-cu turuna yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün Şəki Olimpiya İdman Kompleksində "Xırdalan" səfərdə "Şəki"nin qonağı olub.
“Xırdalan” səfərdə rəqibinə 107:92 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular "Şəki"də Dayron Kinq (24 xal, 6 ribaund), "Xırdalan"da isə Teyvion Körk (29 xal, 6 asist) olublar.
Gəncə Olimpiya İdman Kompleksində isə çempionatın lideri "Sabah" yerli "Gəncə" basketbolçularına 103:86 hesabı ilə qalib gələrək, liderliyini qoruyub. Ən məhsuldar basketbolçular "Gəncə"də Kenyon Dulinq (23 xal, 3 asist), "Sabah"da isə Entoni Vilson (36 xal, 10 ribaund) olublar.