Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Pakş” klubu ilə qarşılaşıb.

Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində baş tutan oyuna Bakı vaxtı ilə saat 18:30-da start verilib.

Qarşılaşma “Sabah”ın məğlubiyyəti ilə başa çatıb.

Yoxlama oyunu
11 yanvar

Sabah – Pakş (Macarıstan) 0:2
Türkiyə, Belek.

“Sabah”: Saşa Stamenkoviç, Filip Ivanoviç, Bəhlul Mustafazadə, Elçin Mustafayev, Təmkin Xəlilzadə, Mario Marina, Şakir Seyidov, Rəşad Eyubov, Cavid İmamverdiyev, Amadu Diallo, Emil Qasımov.