“Sabah” Şimali Makedoniya millisinin U-21 yığmasının üzvü Nikola Serafimova təklif göndərib.

Rekord.az xəbər verir ki, bu barədə sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.


Son klubu “Akademika Pandev” olan 21 yaşlı futbolçuya cəlbedici təklif göndərilsə də, o, dərhal qərar verməyə tələsməyib. Bu da mövsümün yenicə başa çatması ilə əlaqədardı.


Sövdələşmə baş tutarsa, futbolçu “Sabah”a azad agent statusu ilə keçəcək. Belə ki, onun “Akademiya Pandev”lə müqaviləsi may ayının 30-da sona çatır. 


186 sm. boya sahib mərkəz müdafiəçisi Makedoniyanın gənclər yığmasında 7 oyuna çıxıb. Karyerasına 2017/18 mövsümündə“Vardar”da başlayan Serafimov son klubu “Akademika Pandev”də ötən mövsüm 25 oyunda meydana çıxıb. “Akademiklər”in sıralarında o, 4 dəfə sarı, bir dəfə qırmızı vərəqə almaqla yanaşı, rəqib qapısının torunu da 1 dəfə silkələyib.