FIBA Avropa Kubokunda mübarizə aparan "Sabah"ın "Marussi" (Yunanıstan) ilə oyun üçün biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, G qrupunun 2-ci turununun matçına biletlərin qiyməti müvafiq olaraq 2,5 və 10 manat təşkil edir.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşmaya biletləri iticket.az-dan əldə etmək mümkündür.

Görüş oktyabrın 16-da, saat 19:00-da başlayacaq.

"Sabah" 1-ci turun oyununda Belçikanın “Spiru” kollektivinə uduzub - 81:82.