Səudiyyə Ərəbistanı klubundan yaxşı şərtlərlə transfer təklifi alan Coy-Lens Mikels "Sabah"dan getməkdə israrlıdır.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunun klubla müqaviləsi olmasına və aparıcı futbolçu olmasına baxmayaraq, "Sabah" qalması üçün ona minnətçi düşməyəcək.

Klubun mövqeyi budur ki, qalmaq istəmirsə, kimisə zorla buna məcbur etməyin mənası yoxdur. Lakin Mikelsin "Sabah"la mövsümün sonuna kimi müqaviləsi olduğu üçün mütləq şəkildə təzminat ödənməlidir. Deyilənə görə, futbolçu bu təzminatı cibindən ödəyəcəyinə dair söz verib.