Murad Musayevin ani istefasından sonra "Sabah" hələ də baş məşqçisiz qalıb.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik rusiyalı məşqçinin bu addımını gözləmədiyi üçün çətin vəziyyətdə qalıb.

Çünki qısa zaman kəsiyində, tələsik olaraq hansısa addım atıb yalnış seçim etmək istəmirlər. Hələlik komandanı oyunlara İqor Ponomaryov çıxardır. Ola bilsin ki, mövsümün sonuna kimi də "Sabah"ı oyunlara məhz Ponomaryov çıxarsın.