
“Sabah” “Naxçıvan”a qalib gəldi
- 06 Apr 2025 15:30
- 68
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunda "Sabah" "Naxçıvan"a qalib gəlib.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan oyun "bayquşlar"ın 111:89 hesablı qələbəsi ilə başa çatıb.
20-ci turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" isə NTD-ni 103:77 hesabı ilə məğlub edib.