Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, ölkə çempionu Hassani Qravettlə anlaşıb.

ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən "Orlando Mecik"in heyətində 8 matça çıxıb.

Son mövsümü Polşanın "Şlask" klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.