Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sabah"ın bir araya gələcəyi tarix bəlli olub.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Rekord.az-a verdiyi məlumata görə, komanda iyunun 20-də Bakıda bir araya gələcək.

Lakin ondan sonrakı mərhələdə komandanın hansısa ölkədə təlim-məşq toplanışı keçib-keçməyəcəyi hələlik məlum deyil və bu haqda hər hansı yenilik olacağı halda ictimaiyətə açıqlanacaq.