Azərbaycan Basketbol Liqasında 17-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Günün yeganə oyununda "Sabah" və "Neftçi” İK komandaları üz-üzə gəliblər. Qarşılaşma "Sabah"ın 79:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun əvvəlki matçlarında “Sərhədçi” “Olimpik Şəki”yə 106:83, “Gəncə” “AAAF Xırdalan”a 92:78, NTD isə "Zirvə Astara"ya 92:79 hesabı ilə qalib gəlmişdi.