Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, komanda toplanış çərçivəsindəki son yoxlama matçında Yunanıstanın “Olimpiakos” klubuyla qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00-da) Kematen stadionunda baş tutacaq.

Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Əl-Sədd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubuyla qarşılaşıb.