Sabah ölkə birinciliyində növbəti oyun keçiriləcək
- 19 Dek 2019 20:31
- 1077
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib. "Rekord.az" xəbər verir ki, qadın voleybolçuların birinciliyində növbəti oyun sabah keçiriləcək.
Qadın voleybolçuların Super Liqasında I turun ikinci matçı dekabrın 20-nə təsadüf edəcək. Sabah Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutaq qarşılaşmada “Mübariz” və “Murov” kollektivləri üz-üzə gələcək. Görüşün start fiti 15:00-da çalınacaq.
Kişilərin Yüksək Liqasında növbəti oyun bir gün sonra baş tutacaq. Həmin gün “MOİK” və “Azərreyl” qarşılaşacaqlar.
Qeyd edək ki, I turda Super Liqada “Azərreyl” “Abşeron”a 3:1, Yüksək Liqada “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib.