Daha bir klubumuzun ölkə xaricində qış toplanışı keçəcəyi məlum olub.

Rekord.az xəbər verir ki, söhbət "Sabah"dan gedir.

Komandanın baş məşqçisi Murad Musayev saytımıza açıqlamasında komandasının Türkiyənin Antalya şəhərində 10 günlük təlim-məşq toplanışı keçəcəyini bildirib. 

Qeyd edək ki, bəzi klublarımız qış fasiləsinin qısa olması səbəbindən ölkə xaricinə yollanmaq məsələsində tərəddüt edir. "Zirə" isə, ümumiyyətlə, ölkədən çıxmamağa qərar verib.