![photo](https://www.rekord.az/storage/uploads/5/sabah-60.jpg)
“Sabah” – “Partizan” matçının biletləri satışa çıxarıldı
- 07 Avq 2023 16:49
- 578
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” oyununa bilet satışına başlanılıb.
Rekord.az xəbər verir ki, biletləri “iticket.az” saytından, “Iticket”in satış məntəqələrindən, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərsiniz.
Satılmış hər biletdən əldə olunan 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Bilet əldə etmək üçün: https://iticket.az/events/sport/sabah-fk-fk-partizan/97688
“Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20:00-da Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq.